Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Azərbaycanda uşaqların TikTok-a girişi QADAĞAN edilə bilər

 

Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər.

Yenixeber.org-un məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada bildirib, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır. 

Elgün Səfərovun sözlərinə görə, ölkədə uşaqların 75 faizi hər gün internetdən istifadə edir, 45 faizdən çoxu isə gündə 5 saatdan artıq onlayn olur. Respondentlərin 67 faizi isə valideynlərin uşaqlara internet istifadəsində heç bir məhdudiyyət qoymadığını bildirib.

Komitə rəsmisi bu vəziyyətin uşaqları zərərli informasiyalar və hətta insan alveri riskləri ilə üz-üzə qoyduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam