Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Emin Əmrullayev Londonda keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir- FOTO

 

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir.

Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 100-dən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: Daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” şüarı altında həyata keçirilir.

Forum çərçivəsində qlobal miqyasda təhsilin qarşısında duran əsas çağırışlar, innovasiya və rəqəmsallaşma, müəllim hazırlığı və beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam