Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Anacan.az” ailə portalının təqdimatı - FOTOLAR

 

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (İB) “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində hazırlanmış “anacan.az” ailə portalının təqdimatını keçirib.

 

Xeberinfo.com:   “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olub.
Tədbiri giriş sözü ilə açan İB-nin sədri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün valideynlərin maariflənə biləcəyi milli ailə portalının yaradılmasından ibarətdir. Hazırda yaradılan milli ailə portalının səmərəliliyinin artırılması və daha böyük kütləyə təsir etməsi məqsədilə bir çox dövlət qurumları ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası üzərində müzakirələr aparılır.Natiq ailə institutunda olan problemləri, statistik göstəriciləri qeyd etməklə bu gün ailə portalının yaranmasına zərurət olduğunu qeyd edib. Ərsəyə gələn “anacan.az” ailə portalının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uşaq, ailə və qadın siyasətinə xidmət etdiyini söyləyib.
Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Zərəngiz Mənsurova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsirov Xəlil, Müdafiə Nazirliyin nümayəndəsi Rövşən Qarayev və digər iştirak edənlər bildiriblər ki, milli ailə portalı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu bölməsində “cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi” müddəasına öz töhfəsini verəcək. Birliyin İdarə Heyətinin sədri Reyhanə Ağayeva “Anacan.az” ailə portalının təqdimatı edəndən sonra portalın yaranmasında əməyi olan gənclərə diplomlar təqdim olunub.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam