Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb -YENİLENİB

 

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb. 

Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.

Bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.

"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.

***

İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.

Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.

Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.

Bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.

Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam