Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qızıl bahalaşır -YENİ REKORD

Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 183,3 manata bərabər olub.
Yenixeber.org: Bu gün 1 qram qızılın qiyməti 1,8% və ya 3,3 manat artıb.
Son bir ay ərzində isə qızılın qiyməti 12% və ya 19,7 manat bahalaşıb. Qeyd edək ki, qızılın qiyməti Azərbaycanda indiyə qədər heç vaxt bu səviyyəyə çatmayıb.
Son 15 il ərzində isə qızılın qiyməti 6 dəfədən çox artıb. Müqayisə üçün bildirək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində, Azərbaycanda qızılın bir qramı cəmi 29 manat idi.
Qeyd etmək lazımdır ki, sürətli bahalaşma təkcə Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətlərdə müşahidə olunmur. Zərgərlik dükanlarında satılan qızıldan hazırlanmış zinət əşyalarının qiyməti də sürətlə artır. Belə ki, zərgərlik dükanlarında satılan 750 əyarlı, 5 qramlıq qızıl üzüyün orta satış qiyməti yanvar ayında 722 manat olduğu halda, mart ayında bu rəqəm 751 manata qədər yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam