Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Paşinyan Vardanyandan danışdı:“...çalışırıq”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Bakıda həbsdə saxlanılan təqsiləndirilən ermənilər, o cümlədən iş adamı Ruben Vardanyan barədə danışıb.

Yenixeber.org xəbər verir ki, Baz nazir onu həmin şəxsləri müdafiə etməməkdə günahlandıranların ittihamını rədd edib.

“İnsanların tələblərini başa düşürəm. Amma bu məsləyə dair mənim və Xarici İşlər Nazirliyinin bəyanatları var”,- deyə o, jurnalistlərə bildirib.

Paşinyan qeyd edib ki, mümkün diplomatik iş gedir.

“Ancaq bir şeyi qeyd etmək istəyirəm: dünyanı daha yaxından tanımalıyıq, bizə elə gəlir ki, bütün səfirləri dəvət edib tələbləri çatdırsaq, onlar çıxacaq və məsələ həll olunacaq. Xeyr, bu doğru deyil. Bu və bütün digər kontekstlərdə məndən başlayaraq dünyanı daha yaxşı tanımaq problemi ilə üzləşirik”.

Baş nazir deyib ki, həll yolu tapmağa çalışmaq lazımdır ki, onlar da bunu edirlər.

O, əmin edib ki, bütün danışıqlarda Bakıda həbsdə saxlanılan ermənilərlə bağlı məsələ qaldırılır.

“Biz Azərbaycanla danışıqlarda da bu məsələni gündəmə gətiririk, amma bu istiqamətdə nəticələr əldə olunmadığından fəaliyhyətimiz görünmür”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, əgər görülən işlərlə bağlı yüksək səslə danışmağın işə fayda verəcəyinə əmindirlərsə, bunu demək onun üçün çətin olmayacaq.

“Amma mən yüz faiz əminəm ki, danışmaq işə zərər verəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam