Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Kaxa Kaladze: ABŞ və Avropa ilə münasibətləri bərpa etməyə hazırıq

 

Gürcüstan hökuməti ABŞ və Avropa ilə münasibətləri bərpa etməyə hazırdır.

Yenixeber.org-un məlumatına görə, bunu Tbilisinin meri Kaxa Kaladze deyib.

O qeyd edib ki, son üç il Gürcüstan üçün çox çətin olub, lakin ictimaiyyət ölkənin üzləşdiyi çətinlikləri tədricən dərk edib:

“Biz dəfələrlə münasibətlərin normallaşmasını alqışlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu müddət ərzində biz öz maraqlarımızı, ölkəmizi müdafiə etdik, heç kimə Gürcüstandan öz məqsədləri üçün istifadə etməyə imkan vermədik. Nəticədə xalq hər şeyi başa düşdü, bizi dəstəklədi və biz birlikdə ölkə üçün böyük fəlakətin qarşısını ala bildik”.

“Xalqın Gücü” Partiyasının üzvü Tamar Çiburdanidze isə hesab edir ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına qarşı aqressiv siyasəti aktivləşdirərsə və Avropa ölkələri Amerikanın təsirindən azad olma uğrunda mübarizə apararsa, yeni ittifaqın yaradılması qaçılmaz olacaq:

“Bu proseslər fonunda məntiqi sual yaranır. Uzunmüddətli perspektivdə Avropa İttifaqı əsasında yeni birliyin yaradılması istiqamətində proseslər gedirmi?”.

Tamar Çiburdanidze qeyd edib ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra Avropa İttifaqı məsələsi Trampın gündəmində olacaq və bu, Rusiya-Ukrayna müharibəsini bitirməkdən daha çətin və gərgin mübarizə olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam