Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda artıq fəxri adlar VERİLMİR

 

Azərbaycanda son illərdə bəzi sahələrdə fəaliyyət göstərən şəxslərə fəxri adların verilməsi dayandırılıb.

Yenixeber.org-un məlumatına görə, sözügedən sahələrə jurnalist, müəllim və sənət adamları daxildir.

Belə ki, ölkəmizdə “Əməkdar jurnalist” və “Əməkdar müəllim”, "Xalq artisti" adları sonuncu dəfə 2022-ci ildə, "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" adları 2018-ci ildə verilib.

Fəxri adların verilməsinin dayandırıldığı rəsmi açıqlanmayıb. Ancaq Mədəniyyət Nazirliyindən bir müddət əvvəl bildirilib ki, qurumun dəsti-xətti ilə son üç ildə heç bir sənət adamına “Əməkdar” və “Xalq” fəxri adları verilməyib.

2023-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, bəstəkar Emin Sabitoğlunun qızı Ceyran Mahmudovaya “Əməkdar mədəniyyət işçisi” adı verilsə də, bu ad nazirlik tərəfindən irəli sürülməyib.

Dövlət Statistika Komitəsinin 2024-cü il statistikasına əsasən ölkəmizdə 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır. "Xalq" fəxri adına görə ayda 200 manat, “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.

Qeyd edək ki, Azərbaycanda bəzi ictimai şəxslər fəxri adların Sovet dövründən qalan bir ənənə olduğunu və onların ləğv edilməsinin vacib olduğunu düşünürlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam