Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Müğənni Dəniz Əsədova axtarışa verildi -SƏBƏB

Müğənni Dəniz Əsədova axtarışa verildi

Müğənni Dəniz Əsədova yenidən axtarışa verilib.

Yenixeber.org: Məlumata görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərarı qəbul edib.

Belə ki, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etməyib və məhkəmədən yayınıb.

Dəniz Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı Vəkil Asim Abbasovun vəsatəti təmin edilib. 

Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.  

Əlavə olaraq bildirilir ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilmişdi.  

Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları böhtan atdığı üçün digər maddələrlə məhkum edilib. 

Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirlən şəxs olduğu 4 ayrı-ayrı cinayət işi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam