Redaktor seçimi
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

183 fələstinli məhbus AZAD EDİLDİ

İsrail 183 fələstinli məhbusu AZAD ETDİ

Fevralın 8-də İsrailllə Həmas arasında gerçəkləşənm beşinci girov mübadiləsi nəticəsində 183 fələstinli məhbus Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəsmilərinə təhvil verilib.

Yenixeber.org: Ərəb KİV-lərinin məlumatına görə, İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən Ofer həbsxanasından buraxılan fələstinli məhbuslar avtobuslara mindirilib.

183 fələstinli məhbusdan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında saxlanılan şəxslərdir.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu bu gün Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib.
Bu, yanvarın 19-da atəşkəsin qüvvəyə minməsindən sonra artıq beşinci girov mübadiləsidir. 

HƏMAS və İsrailin razılaşdığı atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək. Bunun bir hissəsi olaraq HƏMAS hərəkatı 1900-ə yaxın fələstinli məhbusun əvəzində 33 girovu azad edəcəyini vəd edib. İkinci mərhələ qalan girovların azad edilməsini və müharibənin yekun başa çatması ilə bağlı müzakirələrin başlanmasını əhatə etməlidir. Üçüncü mərhələ ölülərin cəsədlərinin dəyişdirilməsini əhatə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam