Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Qarabağ”ın çörəyindən siqaret kötüyü çıxdı -FOTOFAKT

coreyin-icinden-siqaret-kotuyu-cixdi

Bakıda mağazaların birində satılan çörəyin içindən siqaret kötüyü çıxıb.

Yenixeber.org: Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Məhsul Bakı şəhəri, Nizami rayonu A.Manafov ünvanında yerləşən “Qarabağ” çörək zavoduna məxsus olub.

                            ***

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən fevralın 6-da çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisəylə qarşılaşıb.
Məsələylə bağlı Redaktor.az-a danışan Y.Məhəmmədoğlu bildirib ki, aldığı "Qarabağ çörək zavodu" adlı çörək sexinə məxsus çörəyi evdə yemək üçün kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb. Beləki, onun sözlərinə görə çörəyin içindən siqaret kötüyü çıxıb.
"Mən baş verən bu biabırçılıqla bağlı sizə şikayətimi bildirmək istəyirəm. Dediyim kimi, yaşadığım Zabrat qəsəbəsində "Ruzi" marketdən aldığım çörəyi evdə kəsəndə içindən siqaret kötüyü çıxdı. Gördüklərimin qarşısında həm mən, həm də ailə üzvlərim şoka düşdü. Bu cür məsuliyyətsizlik olarmı?! Axı evdə azyaşlı övladlarım var, biz bu çörəyi onlara yedizdiririk. Zavoda Qarabağ adını seçib bu cür məsuliyyətiz şəkildə çörək bişirmək nə qədər doğrudur?!
Məsələylə bağlı dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə şikayət etdim. Qurumdan bildirdilər ki, məsələ 15 iş günü ərzində araşdırılacaq və sizə məlumat veriləcək. Xahiş edirəm siz də şikayətimi ictimailəşdirəsiniz", - deyə şikayətçi bildirib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam