Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq

 

Avropa İttifaqı (Aİ) ABŞ ilə əməkdaşlığa və eyni zamanda öz ticari-iqtisadi maraqlarını qorumağa, Birləşmiş Ştatların Avropa mallarına rüsum tətbiq edəcəyi halda isə bu addıma cavab verməyə hazırdır.

Yenixeber.org xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Polşanın Baş naziri Donald Tusk ilə Qdanskda birgə mətbuat konfransında bildirib.

“Aİ və ABŞ arasında ticarət Atlantikanın hər iki tərəfindəki insanlar və biznes üçün faydalıdır. Dünyanın heç bir yerində Avropa İttifaqı və Birləşmiş Ştatlar kimi bir-biri ilə bu qədər sıx bağlı olan iki böyük iqtisadiyyat yoxdur”, - o qeyd edib.

Fon der Lyayenin sözlərinə görə, rüsumlar biznes xərclərini artırır, həm istehsalçılara, həm də istehlakçılara ziyan vurur, lüzumsuz iqtisadi problemlər yaradır.

"Buna görə də məsələ məqsədyönlü ədalətsiz və ya özbaşına tədbirlərlə bağlı olduqda, Avropa İttifaqı qətiyyətlə cavab verəcək", - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam