Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Qaşımın Parisdə qazandığı medal keyfiyyətsiz çıxdı

 

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları qazandıqları medalları geri qaytarmağa başlayıblar. Artıq 100-dən çox medal turnirin Təşkilat Komitəsinə göndərilib. Buna medalların keyfiyyətini itirməsi səbəb olub.

Yenixeber.org xəbər verir ki, problem Azərbaycan idmançılarından da yan keçməyib.

Belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo üzrə gümüş mükafatçısı Qaşım Maqomedov da eyni problemlə üzləşib.

O, medalının keyfiyyətini itirdiyini bildirib: "Medalı qazandığım andan ona çox həssas yanaşırdım. Bu müddət ərzində onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada saxladım. Arada ona baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olar deyə, onu özümlə götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Medalıma həmişə həssas yanaşmışam. Amma mən də bir çox idmançı kimi pis keyfiyyətlə qarşılaşdım".

Məsələ ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlanılıb.

Qurumdan sayta bildirilib ki, hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam