Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb

 

İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan yanvarın 8-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik", - A.Mirzоyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var: "Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var”.

XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir: "Sazişin 17 bəndindən 15-i üzrə razılıq var".(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam