Kot d'İvuar rəhbərliyi Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir
Kot d'İvuar Prezidenti Alasana Uattara Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir.
Yenixeber.org xəbər verir ki, televiziya ilə xalqa müraciətində Uattara bildirib ki, xalq öz ordusunun modernləşdirilməsindən qürur duymalıdır.
“Bu kontekstdə biz, fransız kontingentinin ölkədən koordinasiyalı şəkildə çıxarılmasına qərar verdik” – deyə prezident vurğulayıb.
Qeyd edək ki, noyabrda Qərb mediası Fransanın bu ölkədəki hərbçi sayını 2200-dən 600-ə endirəcəyi barədə məlumat yayıb.
“Euronews” kanalının məlumatına görə, Fransa Afrikadakı hərbi mövcudluğunun 70 faizini itirib. Mali, Niger və Burkina-Fasodakı fransız qoşunları bütünlüklə çıxarılıb. Paris ən böyük kontingenti Cibutidə (1500 hərbçi) və Qabonda (350) saxlamağı düşünür.