“AZAL-ın təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi”
İsrail Prezidenti İsxak Hersoq Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Yenixeber.org xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.
“Bu gün səhər saatlarında Aktau yaxınlığında Azərbaycan Hava Yollarının Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm”, - İsxak Hersoq bildirib.