Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib
Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Yenixeber.org-un məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.
Aktau yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata görə, 32 nəfər sağdır.