Bu dövlət də Dəməşqdə səfirliyini bərpa etdi
Qətər səfirliyi bu gün Dəməşqdə, 13 il sonra fəaliyyətini bərpa edib.
Yenixeber.org: Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu gün Qətər səfirliyinin binası üzərində əmirliyin bayrağı qaldırılıb.
Qeyd edək ki, Qətər Suriya üsyançılarının dekabrın əvvəlində Prezident Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmasından bəri Türkiyədən sonra səfirliyini açan ikinci ölkədir.