Dekabrın 19-20 tarixlərində Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdə olub.
Yenixeber.org: Məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Astana şəhərində Qazaxıstan Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovla görüşüb.
Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla, o cümlədən onun mütəşəkkil formaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri, ekstremizmin təzahürləri və digər məsələlər müzakirə edilib.
Daxili işlər nazirləri arasında müasir dövrün çağırış və təhdidlərinə qarşı birgə mübarizə üzrə qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanıb.