Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

“6872 nəfər bələdiyyə seçkilərində namizəd olub”

 

Bu bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək”.

Yenixeber.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminarda bildirib. 

“Bu seminar proseslərində onları maraqlandıran məqamları müzakirə edəcəyik. Bir neçə ay əvvəl biz maarifləndirmə layihəsi həyata keçirmişik. Budəfəki layihə fərqli formatda hazırlanıb. Əvvəlki seçkilərdə əldə olunan təcrübəyə geniş yer verəcəyik. Məlumdur ki, bələdiyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək. Ümid edirik ki, bu gün keçirilən seminar məhsuldar olacaq”, - deyə R.Qasımov bildirib. 

Sədr müavini, bildirib ki, bu saatlara olan məlumata görə, 6872 nəfər bələdiyyə seçkilərində namizəd olub: “3500-ə yaxın şəxs 21-35 yaş aralığını əhatə edir. 350-ə yaxın şəxsin namizədliyi qeydə alınıb”.

Rövzət Qasımov həmçinin, qeyd edib ki, bu bələdiyyə seçkiləri əvvəlkilərdən bir çox məqamlara diqqət yetirdikdə fərqlənir: “Seçkidən öncə Bələdiyyələrin fəaliyyətini daha təkmil həyata keçirməsi üçün addımlar atıldı. Burda fərqli məqamlardan biri də siyasi partiyaların daha mütəşəkkil qaydada bu seçki prosesinə qoşulma niyətidir. 13 siyasi partiya öz səlahiyyətli nümayəndəsini MSK-da qeydiyyatdan keçirib və onların seçkidə namizəd kimi qeydə alınması üçün dairə seçki komissiyalarına müraciət edib”, - deyə R.Qasımov bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam