Aİ-dən gürcü diplomatlara qadağa -Avropaya vizasız gedə bilməyəcəklər
Avropa İttifaqı gürcü diplomatları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.
Yenixeber.org: Məlumata görə, bu barədə Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda razılığa gəliblər.
Qərara alınıb ki, diplomatik pasportlara malik Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəliş dayandırmalıdır.
Məlumata görə, sözügedən tədbir mülkivətəndaşlara cəza tətbiq etmədən aparıcı gürcü siyasətçilərinə təsir etmək məqsədi daşıyır.