Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Sabah ölkə ərazisində 10° şaxta olacaq -PROQNOZ

 

Dekabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam