Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nardaranda yeni əməliyyat, yoxsa təhlükəsizlik tədbirləri?

 

Bu gün səhər tezdən Nardaranla bağlı həyəcanlı xəbərlər yayılmağa başlayıb. 
 
Xeberinfo.com:   Məlumata görə, bu gün səhər saatlarında Daxili Qoşunların maşınları, həmçinin hərbi maşınlar Nardaran-Maştağa istiqamətinə hərəkət edib. Maşın karvanında təcili tibbi yardım maşınlarının da olduğu bildirilir. 

Hazırda Sabunçu körpüsündən Nardarana gedən yol tamamilə bağlanıb. 

Kənd istiqamətində ancaq polis maşınları hərəkət edə bilir. 
Qeyd edək ki, bu gün ölənlərin cənazəsi ailələrinə verilə bilər. Maşın karvanının da məhz Nardarana yollanmasının səbəbinin təhlükəsizlik tədbiri olduğu güman edilir.
 
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müsavat.com-a verdiyi məlumata görə, hazırda Nardaranda sakinlərin evdən çıxmasına qadağa qoyulub.
"Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin sərəncamında olan başqa qüvvələri var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir"- deyə N.Kərimov bildirib.
Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: "Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır".
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam