Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nardaran hadisələrində ölənlərin dəfn olunduğu yer bilindi

nardaran qebir

Nardaran qəsəbəsində ötən il dekabrın 1-də qurulan polis postlarının əksəriyyəti götürülüb.

Xeberinfo.com:  Kəndə giriş-çıxış sərbəst şəkildə mümkündür. Qəsəbədə yolların genişləndirilməsi, kommunikasiya xətlərinin yenilənməsi işləri davam etdirilir. Hazırda Nardaranda yalnız 3 yerdə polis postu qalmaqdadır.Kəndə aparan Abşeron küçəsi hazırda bağlanıb. Küçədə təmir-tikinti işləri davam etdirilir, asflat örtüyü yenilənir.

Kəndin “İmam Hüseyn meydanı” adlanan mərkəzi hissəsində təmir-tikinti işləri başa çatdıb.

Qəsəbənin digər küçələrində də yolların genişləndirilməsi nəzərdə tutulub və artıq plan hazırlanıb. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi və “Azərişıq” ASC üçün inzibati binalar burada tikilib. Kəndin müxtəlif yerlərində 44 nəzarət kamerası quraşdırılıb. Son günlərə qədər Nardarana girişdə Daxili Qoşunlar və polis tərəfindən qurulan bütün postlar götürülüb. Yalnız kədin Abşeron küçəsində, “Əli meydanı”nda polis postları görmək mümkündür. Kənddə rahat şəkildə avtomobillə və ya piyada şəkildə hərəkət etmək mümkündür. Sakinlərin sözlərinə görə, polis əməkdaşları yalnız şübhəli bildikləri şəxsləri saxlayaraq sorğu-sual edirlər.

Nardaranda olarkən 2015-ci ilin noyabr ayının 26-da polislə silahlı qarşudurmada öldürülənlərin dəfn olunduğu məzarlığa da yollana bildik. Kənd sakinləri arasında bu məzarlıq “Köhnə Nardaran qəbristanlığı” kimi adlanır. Bu məzarlıqda yaxın 20 il ərazində kənd sakinlərindən heç kim dəfn edilməyib. Kəndin əsas qəbristanlığı “Əli meydanı”nın yanında, “Cümə” məscidinin yanındadır. Kənd sakinləri də əsasən burada dəfn edilir. Yalnız Nardaran hadisələrində öldürülən 4 nəfər burada dəf edilib. Köhnə qəbristanlıqda 4 məzardan başqa bir neçə qədim başdaşı görmək mümkündür.

Məzarlıqda Nardaran sakinləri Əkbər Babayevin, Fərahim və Rəfael Bünyatov qardaşlarının və Masallı rayon sakini Sarvan Səfərovun qəbirləri var. Məzarlığın ətrafında bu gün də polis əməkdaşları növbə çəkir. Yaxınlıqda yaşayanların bildirdiyinə görə, qəbirləri ölənlərin yalnız ailə üzvləri bir neçə dəfə ziyarət edib. Xatırladaq ki, ötən il noyabrın 26-da polislə silahlı qarşıdurmada 4 dindar öldürülmüşdü. 2 polis əməkdaşı da həlak olmuşdu. Müsəlman Hərəkatı Birliyinin sədri Tale Bağırzadə və bir neçə dindar həbs edilmişdi. Bundan sonra kənd sakinləri noyabr ayının sonunadək kənddə aksiyalar keçirmiş, kəndə girişlərdə barikadalar qurmuşdular. Daxili Qoşunların və polisin keçirdiyi əməliyyatdan sonra Nardaran dekabr ayının birindən nəzarətdədir. Hadisələrdə iştirak edən onlarla kənd sakini həbs edilib. (musavat.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam