Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Nardaranda xüsusi əməliyyat davam edəcək"

Nardaranda ictimai təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq.

Xeberinfo.com:   Məlumata görə, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov deyib.

Ş.Məmmədov qeyd edib ki, Bakı şəhərinin Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan daxili işlər nazirinin müvafiq əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsi üzrə tədbirlər planı hazırlanıb və tədbirlər planının icrasının təmini məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlayıb: "Xüsusi əməliyyat tədbirləri bu gün səhər tezdən başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək və Nardaran qəsəbəsində ictimai təhlükəsizliyin, ictimai asayişin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq".

Daxili Qoşunların komandanı bildirib ki, bütün hallarda əməliyyata cəlb olunan şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazırdır: "Qəsəbənin ərazisinə giriş və çıxış üzrə buraxılış rejiminə ciddi riayət olunur. Qəsəbə ərazisində müvafiq qurumların, o cümlədən, Daxili Qoşunların şəxsi heyəti və polis orqanlarının əməkdaşları ilə birgə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam