Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nardaranda xüsusi əməliyyat keçirilir- FOTOLAR+VİDEO

 

“Kəndə qoşun yeridilib, hazırda əməliyyat keçirilir. Kənddə bəlkə də 10 mindən çox qoşun var”.

Xeberinfo.com:   Məlumata görə, bunu AzadlqıRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib:

“Əməliyyat səhər tezdən başlayıb. Deyirlər, silah axtarırlar. Demək olar ki, bütün kənddə axtarış aparılır. Bizə demişdilər, “meydanı boşaldın”, biz də boşaltdıq. İndi də qoşun yeridiblər. Silah axtarırlarsa, axtarsınlar. Kimin silahı varsa, gedib cəzasını çəksin. Bütün kəndi bərbad vəziyyətə salmaq olmaz”.

Natiq Kərimov kənddə işıq olmadığını, telefonun işləmədiyini də deyib:

“Deyirlər, “işığa borcunuz var”. Telefona, internetə ki, borcumuz yoxdur”.

Cənazələrin kəndə gətirilməsi xəbəri haqda isə Natiq Kərimov deyir ki, “hələ cənazələrdən bir xəbər yoxdur”.

***

Nardaranda noyabrın 26-da həyata keçirilən polis əməliyyatı zamanı öldürülən qəsəbə sakinlərinin meyitləri dekabrın 1-də səhər saatlarında qəsəbəyə gətirilib. Məlumata görə, Fərail və Rəfael Bünyatov qardaşlarının və Əkbər Babayevin meyitləri ailələrinə təhvil verilib. Onların bu gün dəfn ediləcəyi gözlənilir.

Mərasimlə bağlı qəsəbədə təhlükəsizlik tədbirləri gücləndirilib. Qəsəbənin giriş-çıxışında polis postları qurulub və gəlib-gedənlərin sənədləri ciddi şəkildə yoxlanılır.

Əməliyyat zamanı qəsəbədə 5 mülki vətəndaş öldürülmüşdü. Onlardan 3-ü Nardaran, biri Gəncə və biri Masallı sakinləri idi. Gəncə və Masallıdan olanların meyitləri öz yerlərinə yola salınıb.

Aralarında qadınlar da olan polis qüvvələri Nardaranın qadın sakinləri ilə üz-üzə, 1 dekabr 2015 (foto – azadliq.org)

Nardaran qəsəbəsi dörd yandan hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun Trend-ə verdiyi məluamta görə, hazırda kimsənin qəsəbədən çıxmasına icazə verilmir: “Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər var. Heç evdən çıxmağa icazə verilmir. Kənarla əlaqəmiz yoxdu, telefonlar işləmir”.

Nardaranda yenidən xüsusi əməliyyat keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Dənizdə hərbi gəmilər dayanıb, kəndin girişində isə ordu (sancaq production)

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Xüsusi əməliyyat ölkə başçısının nəzarətindədir.

Bu gün səhər tezdən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Qəsəbə ətrafına xüsusi texnika cəlb olunub.

Virtualaz.org bildirir ki, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb. Buna səbəb səhər saatlarından başlayaraq Nardaran sakinlərinin Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlamalarıdır. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

Nardaranda vəziyyət yenə gərginləşir. Qəsəbəyə avtobuslarla polislər və zirehli texnika aparılıb.

Bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Məlumata görə, Nardaranda sakinləri kənd istiqamətinə gedən avtomobil yolunu bağlamağa cəhd edibilər. Onlar Nardaran hadisələri zamanı ölən qəsəbə sakinlərinin meyitlərinin qaytarılmasını tələb ediblər.

Hadisə yerinə paytaxtın bir sıra polis idarələrinin əməkdaşları, eləcə də zirehli texnika cəlb olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam