Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nardaranda axtarışlar hələ də davam edir

87F909D8-4EB9-4480-AB43-1416DD026AB1_w640_r1_s

 

Nardaranda evlərdə axtarışlar davam edib. Saxlananlar var.
Xeberinfo.com:   Məlumata görə, bu haqda Azadlıq Radiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib: «Bu neçə gündə kənddə onlarla adam saxlanılıb. Elə bu səhər də bir nəfər saxlanıldı. Onlardan bəziləri müəyyən yoxlamalardan sonra buraxılır».
Natiq Kərimovun dediyinə görə, Daxili Qoşunların hərbçiləri əvvəlki kimi kənddədir, yollara, gəlib-gedənlərə nəzarət edilir. Qəsəbəyə hələ də nə iş işıq, nə də qaz verilib.
Metronun «Koroğlu» stansiyasından Nardarana işləyən 189 saylı avtobusun hərəkəti bərpa olunsa da, kəndin kənarındakı posta qədər işləyir. Kəndin içinə daxil olmur. Əvvəli günlərdə olduğu kimi, kəndə gələnlərin sənədləri, maşınlar yoxlanılır. Kənar adamlara kəndə girməyə icazə verilmir.
Hüquq-mühafizə orqanları dekabrın 1-dən Nardaranda xüsusi əməliyyata başlayıb. Kəndə Daxili Qoşunların qüvvələri, hərbi texnika yeridilib.
Daxili işlər naziri Ramil Usubov Nardaranda aparılan axtarışlar nəticəsində 32 nəfərin həbs edildiyini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam