Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

İranda qadın müğənni hicab taxmadan səhnəyə çıxıb-FOTO

 

İranda karvansaraylardan birində Pərəstu Əhmədi adlı müğənni hicab məcburiyyətini pozaraq konsert proqramı ilə çıxış edib.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı “ir.voanews.com” yayıb.

Bildirilib ki, onun çıxışı yutub kanalı ilə birbaşa yayımlanıb.

O, konsertlə bağlı belə açıqlama verib: “Mən, Pərəstu, sizi sevən qızlar üçün oxumaq istəyirəm. Mən çox sevdiyim ölkəm üçün oxuyuram. Bu hüquqa heç kim laqeyd qala bilməz”.

Məlumata görə, Pərəstu Əhmədi 2022-ci ildə İranda baş verən ümumi etiraz aksiyalarında “Gənclərin qanından qurulan ölkə” kompozisiyasını da ifa edib.

Xatırladaq ki, bu ilin yayında Azərbaycan Respublikasında tanınan müğənni Damla (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində İran hakimiyyətinin tətbiq etdiyi hicab məcburiyyətinə əməl etmədən konsert verib.

Qeyd edək ki, İranda qadınlar bu həftə qüvvəyə minəcək yeni məcburi əxlaq qanunlarını pozduqları halda ölüm cəzası və ya 15 ilədək həbslə cəzalandırıla bilərlər. "Mədəni iffət və hicab" haqqında yeni qaydalar İran hakimiyyəti tərəfindən dekabrın əvvəlində qəbul edilib. Sənəddə "çılpaqlığı, əxlaqsızlığı, açıqlığı və ya qeyri-münasib geyimi təbliğ edənlər" üçün sərt cəzalar nəzərdə tutulur. Bu qanunun pozulması 15 min 900 dollara qədər cərimə, qamçılama və 5 ildən 15 ilədək həbslə cəzalandırılır.

Bildirilib ki, hətta bu cür davranışa görə qadınlar İran Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən, ölüm cəzasına da məhkum edilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam