Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında-FOTO

 

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun məhkəməsi başlayıb.

Yenixeber.org-un məlumatına görə, Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk iclasda müttəhim polkovnikin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Tərəflərin razılığı ilə cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.

İlham İbrahimovun sədrlik etdiyi hakimlər polkovnikin həbsdə mühakimə edilməsinə qərar veriblər.

İlk baxış iclası dekabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.

Cəlilov Dövlət Xidmətinin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam