Yenixeber.org: Məlumata görə, bu barədə Suriyanın baş naziri Əl-Ərəbiyyə televiziyasına deyib.
O bildirib ki, Əsədlə sonuncu əlaqə dekabrın 7-də axşam olub.
Suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır. Suriya hökuməti Əsədin harada olduğunu bilmir.
Baş nazir bildirib ki, Suriya hökuməti Əsədin rəhbərlik etdiyi təhlükəsizlik xidmətləri ilə bağlı deyil.