Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

BMT rəsmisi: Əlilliyi olan şəxslərin rifahının təmin edilməsi hər birimizin üzərinə düşən vəzifədir

 

Əlilliyi olan şəxslərin rifahının təmin edilməsi hər birimizin üzərinə düşən vəzifədir.

Yenixeber.org xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş "Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi" mövzusunda keçirilən tədbirdə deyib.

O, COP30-a qədər iqlim dəyişmələrinə qarşı tədbirlərdə inklüzivliyə daha çox töhfə verilməsinin vacibliyini vurğulayıb:

"Ən təxirəsalınmaz məsələlərdən biri də iqlim dəyişmələri ilə mübarizədir. Azərbaycan COP29-a çox yaxşı ev sahibliyi etdi və tədbir uğurla başa çatdı. Məlumdur ki, COP29 sədrliyi Braziliyada COP30 keçirilənə qədər Azərbaycanın əlində qalır.

Biz həmin tədbirə qədər elə etməliyik ki, inklüzivliyə daha çox töhfə verək və hər kəsin öz səsini çatdırmaq üçün bir yeri olsun. COP29 çərçivəsində həm Mavi, həm də Yaşıl zonada bu, təşkil edilmişdi”.

V.Andreeva bildirib ki, əlilliyi olan şəxslər dünya əhalisinin 16 faizini təşkil edir:

"Həmin şəxslərin rifahının təmin olunması hər birimizin üzərinə düşən vəzifədir. Sentyabr ayında Nyu-Yorkda çox önəmli bir tədbir keçirildi və orada mühüm sənəd qəbul olundu. O sənəddə 17 dayanıqlı inkişaf məqsədi qeyd edilib, müyəssərlik prinsipinin daha geniş şəkildə tətbiq olunması xüsusi vurğulanıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam