Ceyhun Bayramov Qvineya-Bisaulu həmkarına regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib -YENİLƏNİB/FOTO
Xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira arasında geniş tərkibdə görüş keçirilib.
Yenixeber.org xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı ikitərəfli və çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təmasların artırılması, əməkdaşlığın hüquqi bazasının inkişaf etdirilməsi və iki ölkə arasında təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.
Ceyhun Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət barədə də məlumat verib.
Xarici işlər naziri Ceyhun Bayramovun Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə görüşü keçirilir.
Yenixeber.org xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında məlumat verilib.
Qeyd olunub ki, nazirlər arasında hazırda təkbətək görüş keçirilir.