Ərdoğan yenidən namizəd ola bilər
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə prezidentliyə namizədliyini irəli sürə bilər”.
Yenixeber.org: Bu haqda Türkiyə liderinin birinci müşaviri Mehmet Uçum “X” hesabında məlumat yayıb.
“Prezident seçkilərində müstəsna namizədlik” başlıqlı yazısında “2027-ci ilin ikinci yarısında 360 millət vəkili ilə seçkiləri yeniləməyə qərar verərsə, prezident Ərdoğan yenidən namizəd ola bilər, yəni- sonuncu dəfə”.
Uçum bildirib ki, bu, “istisna namizədlik” halı kimi baş verə bilər.