Rusiyanın Suriyadakı komandanı vəzifəsindən azad edilib -yeni komandan general-polkovnik Aleksandr Çayko ola bilər
Rusiya Silahlı Qüvvələrinin Suriyadakı qoşun qruplaşmasının komandanı general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib.
Yenixeber.org: Məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” teleqram kanalı bildirib. Onun məlumatını digər hərbi teleqram kanallar da təsdiqləyiblər.
“Deyirlər, qoşun qruplaşmasının komandanı Kiseli uzaqlaşdırıblar. Yəqin ki, uzaqlaşdırma hazırda heç nəyi dəyişməyəcək”, – “Rıbar”da qeyd olunub.
Eyni zamanda, rusiyalı hərbi ekspert Boris Rojının sözlərinə görə, yeni komandan general-polkovnik Aleksandr Çayko olacaq.
Qeyd edək ki, Kisel Suriyaya yanvarda ezam edilmişdi. 2022-ci ildə Kisel 1-ci qvardiya tank ordusunun komandanı olsa da, yüksəkrütbəli hərbçinin Xarkov istiqamətindəki iflası onu vəzifəsindən etmişdi.
Xatırladaq ki, noyabrın 27-dən 13 ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyada vəziyyət gərginləşib. Üçgünlük döyüşlərdən sonra üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən əhəmiyyətli şəhəri olan Hələbə daxil olublar və şəhəri nəzarət altına alıblar.
“Associated Press”ə görə, hücum əvvəllər hökumət tərəfində döyüşən “Hizbullah” da daxil olmaqla iranyönümlü qrupların İsraillə müharibəyə cəlb olunduğu vaxt başlayıb. Məlumata görə, hökumət qüvvələri üsyançılara ciddi müqavimət göstərə bilməyiblər.