Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır.

Yenixeber.org-un məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva məlumat verib.

"Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik", - o qeyd edib.

Samirə Musayevanın sözlərinə görə, artıq bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əhatə edən Vergi Məcəlləsi olacaq.

O bildirib ki, Vergi Məcəlləsində bu il həyata keçirilən dəyişiklər, təqdim olunan dəyişiklik layihəsi sahibkarlığın heç bir növündə vergi yükünün artırılmasına gətirib çıxarmır:

"Əksinə, ölkədə iri investisiya qoyuluşunun, xüsusilə, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına investisiya qoyuluşunun, dövlət-özəl tərəfdaşlıq çərçivəsində özəl tərəfdaş qismində çıxış edən investorların ölkəyə investisiya qoyuluşunun təşviq edilməsinin vergi yolu ilə dəstəklənməsini nəzərdə tutan dəyişiklikləri misal göstərə bilərik. Biz hər il olduğu kimi, investisiyaların cəlb edilməsi yalnız vergi təşviqi yolu ilə deyil, həm də qanunsuz sahibkarlarla düzgün, effektiv mübarizə yolunun mümkün olduğunu hər il vurğulayırıq və vergi qanunvericiliyinə dəyişiklikdə mütləq inzibatçılıq alətlərini təkmilləşdiririk".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam