Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstan XİN-in 78 diplomatı hakimiyyətin qərarına -ETİRAZ ETDİ

 

Gürcüstanda vəziyyət yenidən gərginləşib. Hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi kütləvi etirazlara səbəb olub.

Yenixeber.org xəbər verir ki, Gürcüstan iqtidarının Avropa və avroatlantik strukturlara qoşulması üzrə danışıqları dayandırması barədə qərarın etiraz edən insanlar küçələrə çıxıblar.

Maraqlıdır ki, etirazları ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən gürcü diplomatlar da dəstəkləyib. Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı birgə bəyanat imzalayıb.

Diplomatlar hökumətin avrointeqrasiyanı dayandırmaq qərarının Konstitusiyaya və milli maraqlara zidd olduğunu bildiriblər.

"Diplomat kimi bizim başlıca vəzifəmiz Gürcüstanın milli maraqlarını müdafiə etmək və Konstitusiyaya sadiqliyimizi qoruyub saxlamaqdır. Uzun illər ərzində diplomatiyamız Gürcüstanın Avropa və avroatlantik strukturlara qoşulması üçün hər cür səy göstərib, bu, gürcü xalqının iradəsi və tarixi seçimidir", - deyə bəyanatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam