Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

DYP avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq edib

 

Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtobus zolağına daxil olan minik avtomobilləri ilə bağlı reyd keçirib.

Yenixeber.org xəbər verir ki, tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.

Qeyd edək ki, İdarə tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

"Xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər həmin zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaradırlar. Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu olmaqla yanaşı, həm də öz növbəsində inzibati məsuliyyət yaradır. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahişimiz eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər", - İdarədən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam