Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq əməkhaqqı AÇIQLANDI

      Ümumilikdə 2020-2024-cü illərdə 65000 nəfərə yaxın müəllim sertifikatlaşmaya cəlb edilib.

Yenixeber.org: Məlumata görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir deyib ki, sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55000 nəfər olmaqla 38000 nəfərdən çox müəllimin əmək haqqına 10 faiz, 17000 nəfərdən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib: “Nəticədə əmək haqqına 10 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əmək haqqı 910 manat, əmək haqqına 35 faiz, əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əmək haqqı 1295 manat təşkil edib. Növbəti ildə əlavə 20 mindən çox müəllimi prosesə cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əlavə 60, 8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əmək haqqı əlavələri üçün 154, 4 milyon manat vəsait proqnozlaşdırılıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam