Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

QHT-lərlə bağlı başladılan cinayət işində yeni detallar üzə çıxıb

qht-lerle-bagli-basladilan-cinayet-isinde-yeni-detallar-uze-cixib

Azərbaycanda baş verən son həbslərdə əsas motivin Qərbin gah ayrı-ayrı QHT-lər, gah da hansısa media orqanları əməkdaşları vasitəsilə ölkəmizdə həyata keçirmək istədiyi çirkin planlar olduğu artıq heç kimdə şübhə doğurmur. Bir daha sübuta yetirilir ki, xarici dairələr illərdir qeyri-qanuni şəkildə ayrı-ayrı şəxsləri maliyyələşdirib, onlara qanunsuz pul vəsaitləri ötürüb. Bütün bunlar baş verən həbslər fonunda ifşa olunmaqdadır. 

Yenixeber.org: Qərbin bundan öncə ifşa olunan şəbəkəsinin ABŞ-nin “İnternews”, USAİD, Alman Marşal Fondu, Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, NESEHNUTİ,  “People in Need” təşkilatları, həmçinin,  “Beynəlxalq Fakt Yoxla Platforması”,  “OCCRP”  layihələri ilə əməkdaşlıq edərək, qarşılığında “qrant” vəsaitləri almaları, bu qrantları qeydiyyatdan yayındırmaları, maliyyə vəsaitlərini xarici banklarda açdıqları hesablar üzərindən götürmələri barədə faktlar artıq ictimaiyyətə bəllidir. 

Ölkəmizdə fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı başladılan cinayət işinə dair maraqlı detallar məlum olub.  

Belə ki, “LD KONSALTİNQ” MMC və Hüquq və İnkişaf ictimai birliyinin rəhbəri Hafiz Həsənov, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd (Altay) Məmmədzadə və başqalarının ABŞ-nin Alman Marşal Fondu vasitəsilə qeyri-qanuni vəsaitlər əldə etməsi aşkarlanıb. Etibarlı mənbələrdən məlum olur ki, Hafiz Həsənovun və əlbir olduğu digərlərinin dövlət mənafeləri ziddinə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla bağlılığı, onlardan qeyri-qanuni şəkildə pul vəsaitləri əldə etməsi sübuta yetirilib. Yəni Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamaqla qanunvericiliyə zidd və “xidmət müqaviləsi” adı altında pərdələnərək qrant vəsaitləri əldə edilib. Yuxarıda adları qeyd olunan Hafiz Həsənov, Bəşir Süleymanlı, Məmməd (Altay) Məmmədzadə, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova, “Coders Azerbaijan” şirkətinin icraçı direktoru Riyad Ağazadə, Murad Ağazadə və digər şəxslər, eləcə də “Var və Yox” MMC-nin direktoru Sitarə İbrahimbəyli əlbir olublar. Bu şəxslərə ABŞ-nin Alman Marşal Fondunun Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən məsləhətçisi Mehriban Rəhimli vasitəsi ilə pul göndərilib. Həmin pul vəsaitləri üzrə qanunsuz maliyyə əməliyyatlarının aparılması həyata keçirilib.

Belə ki, Hafiz Həsənov fiziki şəxs qismində dövlət qeydiyyatından keçdikdən sonra özü və rəhbəri olduğu "LD KONSALTİNQ" MMC ilə ABŞ-nin Alman Marşal Fondu arasında 2019- 2024-cü illər ərzində bağladığı müqavilələr əsasında, Mehriban Rəhimli isə Alman Marşal Fondunun Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən məsləhətçisi, nümayəndəsi kimi adları yuxarıda çəkilən və hazırda müəyyənləşdirilməsi davam edən digər şəxslərlə qabaqcadan əlbir olaraq qanunsuz əməllər törədiblər. Fondla bu şəxslər arasında 2019-2024-cü illər ərzində “xidmət müqavilələri” adı altında saxta formada rəsmiləşdirilmə aparılaraq dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib edilib. Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, xeyli miqdarda qrant vəsaitinin əldə edilməsinə nail olunub. Üstəlik, bu vəsaitləri cinayət yolu ilə qazandıqlarını bildikləri halda həmin pul vəsaitləri ilə maliyyə əməliyyatları aparmaqla bunu leqallaşdırıblar. 

Hafiz Həsənovun “xidmət müqaviləsi” adı altında əldə etdiyi qrant vəsaitlərini onu maliyyələşdirən təşkilatların mənafe və tapşırıqlarına uyğun şəkildə gizli, eləcə də açıq formada ayrı-ayrı həssas qrupların, sosial təbəqələrin hüquq müdafiəsi adı altında ictimai-siyasi sabitliyin pozulması məqsədləri üçün xərcləməsi də üzə çıxıb. Mehriban Rəhimlinin isə qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə həmin vəsaiti ABŞ-nin Alman Marşal Fondu tərəfindən ölkə ərazisində qeyri-ənənəvi icmaların yaradılması və dəstəklənməsi, daxili və xarici siyasətə müdaxilə edə biləcək qüvvələrin formalaşdırılması və maliyyələşdirilməsi, Azərbaycan xalqına məxsus mənəvi dəyərlərin zəiflədilməsi və digər bu kimi istiqamətlərə sərf etməsi müəyyən edilib. Eyni zamanda Leyli Qafarova tərəfindən yaradılan "Salam Cinema" MMC-nin “Bir zamanlar Şanxayda" və digər adlar altında çəkdiyi kiçik həcmli kinolarda milli dəyərlərin alçaldılması, paytaxtda qanunsuzluğun hökm sürməsi, eləcə də cəmiyyətdə formalaşmış mənəvi dəyərləri aşağılayan fikirlər təlqin edilib. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində başlanan cinayət işi ilə bağlı ibtidai istintaq aparılır, araşdırmalar davam edir və qanunsuz müqavilələr üzrə qrant vəsaiti alaraq Azərbaycan dövləti, cəmiyyəti əleyhinə fəaliyyət göstərən şəxslərin, habelə buna şərait yaratmış vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən bank əməkdaşlarının ifşa olunması, cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunacağı heç bir şübhə doğurmur. Təbii ki, istintaq maddi maraqlarını dövlət maraqlarından üstün tutan bir sıra QHT-lər, onların rəhbərləri, həmçinin xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərindəki qanun pozuntularını, cinayət  əməllərini tam üzə çıxaracaq. Çünki başda qanun və ölkəmizin təhlükəsizliyi, həmçinin dövlətimizin mənafeyi xaricdən ixrac olunan təhlükəli planları pozmağı, siyasi sabitliyi möhkəm qorumağı tələb edir.(Qafqazinfo) 

Mədinə Useynova 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam