Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Federasiya Araz Musayevlə bağlı ifşaedici faktlar açıqladı

Federasiya Araz Musayevlə bağlı ifşaedici faktlar açıqladı
"Gənclər və İdman Nazirliyi Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 38 nömrəli Qərarı ilə “Azərbaycan Kikboksinq Federasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətinə muaytay idman növü və onun fənləri əlavə edilərək ölkə ərazisində yayılan idman növləri kimi tanınmışdır. Bu qərara əsasən, Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq muaytay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaqdır".
Yenixeber.org: Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının bəyanatında bildirilir.
Qeyd olunur ki, özünü 9 qat dünya və Avropa çempionu kimi qələmə verən Araz Furqan oğlu Musayev Gənclər və İdman Nazirliyinin Kollegiyal qərarına qarşı itaətsizlik edir, federasiyaya qarşı əsassız iddialar səsləndirir:
"Onun iddia etdiyi nəticələr isə həqiqətə uyğun deyil. Araz Musayev “WAKO” kikboksinq təşkilatının 2000-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi nailiyyətdən (III yer) başqa bir nailiyyəti yoxdur, özünün elan etdiyi titulların həqiqiliyini sübutları isə heç bir mənbədə öz əksini tapmayıb. Onun qeyd etdiyi əksər nailiyyətlər saxtadır. Hal-hazırda ölkəmizdə müxtəlif idman yarışlarından, idman festivallarından diplom əldə edən və özünü saxta dünya və Avropa çempionu kimi təqdim edən onlarla belə idmançı var. Əlavə olaraq bildiririk ki, Musayev Araz Furqan oğlunun iddia etdiyi 9 qat dünya və Avropa çempionu kimi titulları rəsmi sənədlərlə təsdiq olunmadığından həqiqəti əks etdirmir, saxtadır".
Zaur, (Bakupost)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam