Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Mədəniyyət işçilərinin maaşı artırılacaq? - Nazir açıqladı

Maliyyə naziri Samir Şərifov mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib.

Yenixeber.org-un məlumatına görə, Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı nazir bildirib ki, Cənab Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılması məsələsinə baxılsın.

"Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaq", - deyə S.Şərifov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam