Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

UNIDO nümayəndəsi: COP29 iqlim problemlərinin həlli və dayanıqlı iqtisadiyyatın yaradılması üçün mühüm platformadır

 

COP29 iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ən mühüm platformadır və eyni zamanda ekoloji təmiz iş yerlərin açılmasını təmin edən, cəmiyyətin rifahını yüksəldən və uzunmüddətli sabitliyə töhfə verən dayanıqlı iqtisadiyyatın yaradılmasına kömək edir.

Yenixeber.org xəbər verir ki, bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Direktorluğunun idarəedici direktoru Zou Siyong bu gün Bakıda COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf, daxili inkişaf və sistemli dəyişikliklər üçün innovasiyalar üzrə yüksək səviyyəli sessiyada bildirib.

"Biz burada, Bakıda atılan addımlardan və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin təmin edilməsinə və COP29-da sədrliyin iddialı fəaliyyət proqramının təşviqinə göstərilən diqqətdən ruhlanmışıq. UNIDO daha geniş iqlim gündəliyi ilə uzlaşan dayanıqlı sənaye təcrübələrini təşviq etməklə enerji toplanması, yaşıl enerji, dəhlizlər və hidrogendən istifadə sahəsində təşəbbüslərin həyata keçirilməsinə töhfə verməyə çalışır", - o qeyd edib.

İdarəedici direktor bütün maraqlı tərəfləri əməkdaşlığa çağırıb: "İdeyalarınızı səbirsizliklə gözləyirəm. Dayanıqlı gələcək naminə birgə iş, şübhəsiz ki, planlaşdırdığımız məqsədlərə çatmaqda önəmli rol oynayacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam