Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib-FOTO

 

Ölkənin ən sərfəli mobil operatoru “Nar” sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, COP29 ərəfəsində jurnalistlər üçün ekologiya mövzusunda təlimin keçirilməsinə dəstək olub. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkilatçılığı ilə COP29 konfransına hazırlıq məqsədilə keçirilən bu təlimdə yerli peşəkar jurnalistlər iştirak edib.

Yenixeber.org: Təlimi iqlim mövzusu üzrə beynəlxalq təcrübəli ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara aparıb. O, iqlim mövzusunda çoxsaylı beynəlxalq tədbirlərdə iştirakı ilə əldə etdiyi bilik və təcrübəni bölüşərək jurnalistlərə ekologiya mövzusunda məlumat toplama və araşdırma üsullarını təqdim edib.

Peşəkar təlimçi media əməkdaşlarına qlobal istiləşmə, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində effektiv layihələrin hazırlanması və onların büdcəsinin düzgün idarə olunmasının əhəmiyyəti barədə geniş məlumat verib. Jurnalistlər iqlim dəyişikliyi ilə bağlı mövzuların mediada işıqlandırılması üçün yeni biliklər və peşəkar yanaşmalar əldə ediblər.

“Nar” bu layihəyə dəstək verərək ekologiya mövzusu üzrə maarifləndirmə və iqlim dəyişiklikləri ilə mübarizədə medianın rolunu gücləndirməyə töhfə verir. Layihə həm də şirkətin ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinə uyğun fəaliyyətini və COP29-un məqsədlərinə dəstəyini göstərir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam