Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Leyla Əliyevanın iştirakı ilə Sabunçuda ağacəkmə aksiyası- FOTOLAR

 

Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aksiyada iştirak edib.

Yenixeber.org xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldıqları aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

Ağacəkmə aksiyası 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə kimi dəyərləndirilə bilər. Aksiya, eyni zamanda, ölkəmizdə keçiriləcək COP29 konfransına dəstəyin və ümumiyyətlə təbiətin qorunması ilə bağlı təşəbbüslərə həmrəyliyin ifadəsidir.

Qeyd edək ki, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Azərbaycanda ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan çoxsaylı layihələr icra edir.

Ölkəmizdə yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq zonalarının artırılması istiqamətində önəmli addımlardandır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam