Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Güc və iradə haqqında 20 aforizm

 

Yenixeber.org güc və iradə haqqında aforizmləri təqdim edir. Onların içərisindən 20 ən yaxşısını seçməyi sizin ixtiyarınıza buraxırıq.

Ağıl qüvvət üçün sükandır. (Əbu Turxan)

Ağıl sonradan ah çəkmək üçün deyil; düşünüb tədbir görmək üçündür. (Cəlaləddin Rumi)

Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir. (Sədi Şirazi)

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. (Fyodor Dostoyevski)

Ağıllı öyrənməyi, axmaq isə öyrətməyi xoşlayır. (Anton Çexov)

Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır. (Cəlaləddin Rumi)

Ağıllılar axmaqlardan daha çox öyrənir, nəinki axmaqlar ağıllılardan. (Böyük Katon)

Axmaq – insanların onu yaxşı tanımadıqlarından, ağıllı isə, əksinə, özünün insanları tanımadığından şikayətlənir. (Konfutsi)

Axmaq adam sussa yaxşıdır.

Amma o, bunu bilsəydi, axmaq olmazdı. (Sədi Şirazi)

Axmaqlara veriləcək cavab sükutdur. (Cəlaləddin Rumi)

Başqasının sirrini vermək satqınlıq, özünün sirrini vermək isə axmaqlıqdır. (Volter)

Bəzən sığınacaqların özü ən böyük təhlükəyə çevrilir. (Əbu Turxan)

Cahillər çoxalan zaman ariflər qərib olur. (Əli bin Əbu Talib)

Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. (Platon)

Cəsuru qorxudan boş güllə ən böyük qorxağı qorxutmaya da bilər. (Fridrix Nitsşe)

Çox vaxt gücsüzlüyü və süstlüyü səbir zənn edirlər. (L.Habbard)

Daha mürəkkəb olan daha kövrək olur. (Əbu Turxan)

Dünyanın ən böyük qorxağı olduğumu etiraf edirəm, çünki pis bir iş görməyə cəsarət edə bilmirəm. (Ksenofont)

Əl vurma gücün çatmayan daşa,

Qaldıra bilməzsən zora düşərsən. (Aşıq Ələsgər)

Əlində yumşalsa dəmir, bunu bil,

Tədbirlə yumşalar, hiddətlə deyil. (Nizami Gəncəvi)

Ən böyük iradə özünü yenidən yaratmaq əzmində təzahür edir. (Əbu Turxan)

Ən güclü insan da mühitin təsirlərinə məruz qalır. (Əbu Turxan)

Əsl qalib yüz dəfə qalib gələn yox, axırıncı qalib gələndir. (Əbu Turxan)

Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır. (Əbu Turxan)

Güclü ehtiraslar altında çox vaxt zəif iradə gizlənmiş olur. (V.O. Klüçevski)

Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin. (Mühəmməd peyğəmbər (SƏS))

Güclülərin nikbin olmağa haqqı var. (Q.Mann)

Heç nəyə heyrətlənməmək ağıl yox, axmaqlıq əlamətidir. (Fyodor Dostoyevski)

Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür. (Əbu Turxan)

Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur. (Horatsi)

Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir. (Əbu Turxan)

Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. (Heydər Əliyev)

Mərd adam şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. (Ömər Xəyyam)

Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana. (Sədi Şirazi)

Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. (Napoleon Bonapart)

Nə zaman ki, zəifliklərimizi bilirik, artıq bizə onlardan ziyan gəlməz. (Qeorq Kristof Lixtenberq)

Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür. (Əbu Turxan)

Özünü ələ almağı bacaran insan hamıdan güclüdür. (Kiçik Seneka)

Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar. (J.Renar)

Qüdrətli olmaq zəifi öz səviyyənə qaldıra bilməkdir. (Rabindranat Taqor)

Ruhlar güclü olanda idarə edir, zəif olanda isə onları başqaları yönəldir. (Cübran)

Savaş zamanı döyüşənlərdən daha çox qaçanlar ölür. (Selma Lagerlöf)

Silah zəiflə güclü arasında fərqi aradan götürür. (Əbu Turxan)

Sivilizasiyanın ən böyük xidməti insana düşünməyi öyrətməkdir. (Tomas Edison)

Uçuruma uzun müddət baxsan, o uçurum sənin içindən baxar. (Fridrix Nitsşe)

Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır. (Əbu Turxan)

Zəif iradələr güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir. (Əbu Turxan)

Zəiflər heç vaxt bağışlamır. (Mahatma Qandi)

Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır. (Əbu Turxan)

Zoru düzgün dəyərləndirəndə, onu zərərsizləşdirmək də asan olur. (Əbu Turxan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam