Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakıda məşhur mağazadan ətir oğurlayan bacılara hökm oxundu

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Olivia Beauty Care" adlı mağazadan oğurluq edən bacılar saxlanılıb.

Yenixeber.org xəbər verir ki, mağazadan oğurluq törətməkdə itiham edilən 1965-ci il təvəllüdlü, ali təhsilli N.J. və 1968-ci il təvəllüdlü, ali təhsilli G.J. bacıları barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılıb, işə məhkəmədə baxılıb.

Məlum olub ki, N.J. və G.J. bacıları bu ilin mart ayının 7-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə özlərinə kasmetik əşyalar almaq üçün "Olivia Beauty care" adlı mağazaya daxil olublar. Həmin gün sözügedən mağazada müştərilərin çox olmasından istifadə edərək, vitrindən müxtəlif markalara məxsus ümumi dəyəri 1455 manat 40 qəpik ətirlər oğurlayıblar. Hadisənin üstü isə 24 mart 2024-cü ildə açılıb.

Bacılar məhkəmədə təqsirsiz olduqlarını bildirərək, barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Məhkəmənin qərarı ilə hər iki bacıya ayrı-ayrılıqda 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onlar Bakı şəhərinin hüdudlarını tərk etməmək şərti ilə cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam