Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Putin görüş üçün vaxtı dəyişib –Paşinyan imtina edib

 

Xəbər verdiyimiz kimi, Moskvada 8 oktyabrda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli görüşü baş tutmayıb.

Yenixeber.org xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün nəzərdə tutulduğunu bildirsə də, “tərəflərdən birinin” razı olmaması səbəbindən görüşün alınmadığını elan etdi.

“Hraparak” nəşri isə yazıb ki, Rusiya lideri Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçiriləcək BRİKS sammitinə dəvətini bir daha təsdiqləyib və bəzi iddialara görə, Putin görüşü Kazanda təşkil etmək niyyətindədir. Belə ki, Kazan daha irimiqyaslı platformadır – yəni Moskvada MDB dövlət başçıları toplanmışdısa, Kazanda Çin və Türkiyə də daxil olmaqla, 34 ölkə rəhbərinin iştirakı gözlənilir.

Nəşrin yaydığı daha bir iddia isə əsl sensasiyadır. Bildirilib ki, Moskvada guya üçtərəfli görüş olub, ancaq bu barədə ictimaiyyətə açıqlama verilməsi lazım bilinməyib. Əvəzində isə Kazanda görüşün davam etdirilməsi qərara alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam