Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Xamənei Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

İranın ali rəhbəri Seyid Əli Xamənei Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın hədəfə alınmasından sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Yenixeber.org xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Məlumata görə, iclas İsrail ordusunun Beyrutun cənubunda “Hizbullah”ın mövqelərinə hücumundan və qruplaşmanın lideri Həsən Nəsrullahın hədəf alınmasından sonra çağırılıb.

Qeyri-rəsmi mənbələrə görə, İsrail qruplaşması "Hizbullah"ın Beyrutdakı mərkəzi qərargahını bombalayıb. Həsən Nəsrullahın da orada olduğu iddia olunur. Əməliyyat nəticəsində onun və iranlı generalın öldüyünə dair məlumatlar yayılıb.

Sosial şəbəkədə İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın öldürülməsi ilə bağlı paylaşımlar edilib.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələrindən sonra Sepah generalının ölümü ilə bağlı xəbərlər yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam