Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

6 yaşlı uşağı yuxudan oyadıb işgəncə verdi -Polis işə qarışdı

 

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib.

Yenixeber.org xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

Xəzər rayonu Türkan qəsəbəsində yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən işgəncə verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlıya qarşı zorakılıq hərəkətləri edən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddəsi ilə cinayət işi başlanılıb.

R.İsmayılov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə ona ittiham elan olub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçililib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.İsmayılov həmin qadının qeyri-rəsmi nikah münasibətində yaşadığı şəxsdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam