Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Nazirlik: Azərbaycanın buğda idxalının 80 %-dən çoxu Rusiyanın payına düşür

 

Azərbaycanın buğda idxalının 80 %-dən çoxu Rusiyanın payına düşür.

Yenixeber.org xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.

"2023-cü ildə Azərbaycan 1 milyon 175 min ton buğda idxal edib. Bunun 1 milyon 22 min tonu Rusiyadan, 153 min tonu Qazaxıstandan alınıb", - deyə o qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi deyib ki, ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur ki, bunun da 1,7 milyon tonu yerli istehsal, 1,1 milyon tonu isə idxal hesabına ödənilir.

"Azərbaycanda su ehtiyatları iqlim dəyişikliyindən təsirlənir. Buna baxmayaq ölkədə buğda və taxıl istehsalı artır", - deyə o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam